“WhatsApp” mesajlaşma platforması media faylarının
göndərilməsi ilə bağlı bir funksiyasını təkmilləşdirəcək.
Messencer istifadəçilərə artıq bir mesajda 100-ə qədər media faylı
göndərmə imkanı verəcək. Yeniliyin Androidlərin 2.23.4.3 beta
versiyasında təqdim olunacağı gözlənilir.
Funksiyanın hər kəs üçün əlçatan olacağı vaxt hələlik məlum
deyil.
Qeyd edək ki, hazırda istifadəçilər eyni anda yalnız 30 foto və
video göndərə bilir.
Mənbə: lent.az