“WhatsApp”da daha bir YENİLİK: daha çox şəkil, video göndərmək olacaq
“WhatsApp” mesajlaşma platforması media faylarının göndərilməsi ilə bağlı bir funksiyasını təkmilləşdirəcək.

Messencer istifadəçilərə artıq bir mesajda 100-ə qədər media faylı göndərmə imkanı verəcək. Yeniliyin Androidlərin 2.23.4.3 beta versiyasında təqdim olunacağı gözlənilir.

Funksiyanın hər kəs üçün əlçatan olacağı vaxt hələlik məlum deyil.

Qeyd edək ki, hazırda istifadəçilər eyni anda yalnız 30 foto və video göndərə bilir.

Mənbə: lent.az
Print