Tarixdə ən çox satılan oyun konsolları – SİYAHI
Tarixin ən çox satılan oyun konsollarının siyahısı açıqlanıb.

Bu barədə “ArsTechica” nəşri məlumat yayıb.

Məlumata görə, 2000-ci ildə bazara çıxan “Sony PlayStation 2” ən çox satılan oyun konsoludur. Ümumilikdə “Sony” 155 milyon PS2 satmağı bacarıb.

İkinci yeri 154 milyon tirajla satılan “Nintendo DS” tutub. Yüksək satışlar fonunda hazırkı “Nintendo Switch” konsolu reytinqdə üçüncü yerdə qərarlaşıb.

Həmçinin, 2017-ci ildə buraxılan “Nintendo Switch” ilk 3-lükdə hələ də satışda olan yeganə konsol olaraq qalır.

Onu da qeyd edək ki, fevralın əvvəlində “Sony PlayStation 5”in satışında rekord həddə çatdığını açıqlanmışdı. Məlumata görə, sezon ərzində 7,1 milyon konsol satılıb. Bu da konsol tarixində sezon daxili ən yüksək göstəricidir.

Mənbə: lent.az
Print