İlk dəfə: Beş qitədə robot teleskoplar yerləşdirildi
Əndəlüs Astrofizika İnstitutunun “BOOTES” teleskopları 5 qitədə yerləşdirilib.

İlk robot teleskoplar şəbəkəsi olan bu sistemin əsas məqsədi böyük miqdarda şüa enerjisi buraxan astrofizik obyektləri tez və avtonom şəkildə müşahidə etməkdir.

Teleskoplar şəbəkəsi həmçinin peykləri, kosmik tullantıları, kometləri və asteroidlər kimi obyektləri tez aşkar etməyə qadirdir.

Qeyd edək ki, 2020-ci ildə bu robot teleskoplar Süd Yolunda qısa radio partlayışlarının mənbəyinin müəyyən edilməsində də çox böyük rol oynayıb.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google