"Microsoft" İlon Maskın şirkətini "ələ keçirib"
Tvitter-in rəhbəri və “OpenAI”nin yaradıcılarından biri İlon Mask bildirib ki, “Microsoft” süni intellekt texnologiyaları ilə işləyən startap layihələrini maliyyələşdirməklə tədricən OpenAI-ni “ələ keçirir”.

Bu barədə o, Tvitter-də yazıb.

“OpenAI, Microsoft tərəfindən effektiv şəkildə idarə olunan ən gəlirli qapalı mənbə şirkəti olub”, - deyə Mask bildirib.

İş adamı etiraf edib ki, “OpenAI” əvvəlcə qeyri-kommersiya açıq mənbəli şirkət kimi yaradılıb.

“Ona görə də mən onu Open AI adlandırdım. Bu, Google-a qarşı tarazlıq olmalı idi”, - deyə şirkətin təsisçisi əlavə edib.

Maskın sözlərinə görə, nəticədə məşhur ChatGPT çatbotunu yaradan startap ABŞ-ın digər İT nəhəngi “Microsoft” ilə möhkəm bağlı olub.

Mənvə: Lent.az
Print Email
FaceBook Twitter Google