“WhatsApp”dan daha bir yenilik: Şəkil içində şəkil
“WhatsApp”da videozənglərlə bağlı yeni funksiya təqdim olunub.

Eyni vaxtda video formatında danışmağa və üçüncü tərəf proqramlarından istifadəyə imkan verən şəkil içində şəkil videozəng rejimini təqdim ediblər.

Zəng ekranı kiçildildikdə ekran ətrafında hərəkət etdirilə bilən kiçik pəncərələr yaranır.

Yeni funksiya artıq iOS əməliyyat sistemi üçün aktivdir. Bundan əlavə, bu yeniləmə bəzi digər funksiyalardan istifadə etməyə imkan verəcək - sənədlərə imza, həmçinin qruplar üçün daha uzun təsvirlər əlavə etmək imkanı.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google