“Nokia” şirkəti yeni “G22” smartfonunu təqdim
edib.
Bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, cihaz problem yarandıqda özünü təmir üçün nəzərdə
tutulmuş modul dizayna malikdir. Belə ki, smartfon yaranan problemi
bərpa edən xüsusi alətlərlə təchiz edilib.
Yeni telefon smartfon 6,53 düymlük displey, 50 meqapiksellik
kamera, barmaq izi skaneri və üç illik Android yeniləmə zəmanətinə
malikdir. “Nokia G22”nin qiyməti 150 funt-sterlinq, yəni təxminən
316 manat təşkil edəcək.
Mənbə: lent.az