Amerikalı milyarder İlon Mask "Twitter" şirkətində bir neçə
layihəyə, o cümlədən ödənişli "Twitter Blue" abunəçiliyinin
inkişafına rəhbərlik edən top-menecer Ester Kroufordu işdən
çıxarıb.
Krouford, həmçinin "Twitter"də ödənişli xidmətin yaradılmasına və
tətbiqinə cavabdeh idi (xidmət işə düşməmişdi).
Ekspertlər hesab edirlər ki, Kroufordun, eləcə də digər məhsul
menecerlərinin işdən çıxarılması şirkətin baş direktoru İlon Maskın
şirkətdə yeni rejim qurmağa hazırlaşdığını göstərir.
Bu yaxınlarda verdiyi müsahibədə Mask istefaya getməzdən və rəhbər
kimi əvəzləyici tapmazdan əvvəl şirkəti sabitləşdirmək və maliyyə
cəhətdən stabilliyinə əmin olmaq istədiyini deyib.
Mənbə: Milli.Az