Apple şirkəti yarım il ərzində olmuş müxtəlif məlumat
sızıntılarından sonra yeni musiqi servisini təqdim edib.
Söhbət, Apple Music Classical adlı musiqi servisindən gedir.
Sözügedən yeni servis klassik musiqilər üçün nəzərdə tutulub və o
özündə 5 milyondan çox yüksək keyfiyyətli klassik musiqini
birləşdirir. Bundan əlavə olaraq servisdə yüzlərlə playlist və
minlərlə eksklüziv albom təqdim edilir.
İstifadəçilər servisin tətbiqində bəstəkarların profillərini
ziyarət edə, onların bioqrafiyaları ilə tanış ola və əsas musiqi
əsərlərini dinləyə bilərlər. Məlumatda qeyd edilib ki, Apple Music
Classical servisi Apple Music abunəçilərinin hamısına pulsuz
şəkildə təqdim ediləcək. Yeni servisin tətbiqi artıq App Store-da
yerləşdirilib. Lakin onu 28 mart tarixindən yükləmək mümkün olacaq.
Tətbiq iOS 15.4 və ondan sonrakı bütün iOS versiyalar üçün
aktivdir. Tətbiqin Android versiyası daha sonra istifadəyə
veriləcək.
Mənbə: technote.az