2 erkək siçandan 7 bala alındı
Yaponiyanın Kyuşu Universitetində 2 erkək siçandan bala alınıb.

Laboratoriyada əvvəlki illərdə 2 dişi siçanın quyruq toxumaları götürülərək yumurtahüceyrəyə cevrilib. Nəticədə siçan balaları dünyaya gəlib.

Bu dəfə isə 2 erkək siçanın quyruq toxumaları transformasiya olunub. Bu toxumaları çoxfunksiyalı olduğu üçün başqa təyinatla da istifadəyə yarayır.

Lakin sınaq hər dəfə uğurlu olmayıb. 630 sınaqdan cəmi birində toxumaları çevirmək mümkün olub. Nəticədə 7 bala alınıb və hər biri sağlamdır.

Bu da deməyə əsas verir ki, sınaqlarda uğur ehtimalı 1%-dən də azdır. Bu metodun insanlara tətbiq edilməsi isə etik problemnlərə görə mümkün deyil.

Mənbə: Lent.az
Print Email
FaceBook Twitter Google