Dünyanın aparıcı ismarıc mübadiləsi sistemi - "Whatsapp"a qrupların
və icmaların idarə olunması ilə bağlı yeni funksiyalar əlavə
edilib.
Yeni imkanlar sayəsində istifadəçilər tanışları ilə hansı ümumi
qruplarda və icmalarda olduqlarını görə biləcəklər.
Bundan başqa, inzibatçılar icmaların idarə olunmasına dair daha çox
imkan əldə edəcəklər.
Yeni funksiyaların yaxın həftələrdə aktiv olacağı gözlənilir.
Milli.Az