"Google"a məxsus yayım xidməti olan "YouTube TV" abunəçilərinə yeni
qiymət artımı tətbiq edəcəyini açıqlayıb.
"YouTube"da televiziya kanallarına və daha çoxuna baxmağa imkan
verən platforma dünyanın bir çox ölkəsində populyardır.
"Google"un açıqlamasına görə, yeni abunəçilər üçün 8 dollar artım
tətbiq edilib. Beləliklə, aylıq abunə qiyməti 73 dollara
yüksəldilir.
Mövcud abunəçilər üçün aprelin 18-dək qiymət artımı tətbiq
olunmayacaq.
"Google" "YouTube TV"də məzmun üçün lisenziya müqavilələrinin
yeniləndiyini və ödənilən qonorarın məbləğinin artırıldığını
bildirib. Artan xərcləri öz müştərilərinə əks etdirmək
məcburiyyətində qaldıqlarını bildirən şirkət maraqlı bir şəkildə 4K
Plus paketini ucuzlaşdırıb. Bu plagin ayda 20 dollardan 10 dollara
azaldılıb.
Milli.Az