Cənubi Koreyanın avtomobil istehsalçıları "Hyundai" və "Kia" yanğın
təhlükəsi səbəbindən ABŞ-dan 571 mindən çox yolsuzluq avtomobili və
mikroavtobusu geri çağırır.
Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Ətraflı
Şirkətlər avtomobil sahiblərindən təmir işləri aparılana qədər
avtomobilləri küçədə və konstruksiyalardan kənarda qoymalarını
xahiş edirlər, çünki avtomobildə qısaqapanma baş verə bilər.
Geri çağırılan modellərə "Hyundai Santa
Fe", "Hyundai Santa Fe
Hybrid", "Hyundai Santa Fe Plug-in Hybrid", "Hyundai Santa Cruz" və
"Kia Carnival" modelləri aiddir. "Hyundai" modellərindən birində
artıq 1 yanğın hadisəsi qeydə alınıb, xəsarət alan olmayıb.
Milli.Az