Amazon Alexa səsli köməkçisi vasitəsilə uşaqların məlumatlarının yığılmasında günahlandırılır
ABŞ Federal Ticarət Komissiyası (FTC) Amazon şirkətinə qarşı məhkəmə iddiası qaldırmağı təklif edib.

Komissiyanın fikrincə şirkətin Alexa səsli köməkçisinə sahib smart səsgücləndiriciləri 13 yaşına kimi olan uşaqların məlumatlarını yığır və bu məsələdə valideynlərin icazələrini əldə etmirlər. Bu, uşaqların internetdəki konfidensiallıqlarının qorunması üzrə olan qanuna (COPPA) zidd olaraq yerinə yetirilir. ABŞ-ın Ədliyyə Nazirliyi FTC adından Amazon-a qarşı
artıq bu ay məhkəmə iddiası qaldıra bilər. Hüquq müdafiəsi ilə məşğul olan təşkilatlar 2019-cu ildə FTC-yə müraciət etmişdilər.

Müraciətin əsas məqsədi isə Amazon-un smart səsgücləndiricilərinin uşaqların şəxsi həyatlarının toxunulmazlıqlarını pozub-pozmadıqlarını öyrənmək idi. Hüquq müdafiəsi təşkilatlarının fikirlərinə əsasən şirkət smart səsgücləndiricilər tərəfindən yazılan səsləri bilinməyən müddət ərzində özündə saxlayır.

Bəzi hallarda isə şirkət bunu hətta istifadəçilərin səs yazılarını silmə cəhdləri halında da reallaşdırır. Aktivistlər düşünürlər ki, şirkət bu üsul ilə valideynlərdən onların övladları barəsində məlumatların yığılması məsələsində icazə almır. Alexa-nın bir çox tətbiqi isə ümumiyyətlə konfidensiallıq siyasətinə sahib deyil. Qeyd etmək lazımdır ki, şirkətin portfoliosunda uşaqlar üçün nəzərdə tutulmuş Echo adlı smart səsgücləndirici mövcuddur. Amazon bildirib ki, onun Kids+ proqramı COPPA-nın bütün tələblərinə uyur.

Mənbə: technote.az
Print Email
FaceBook Twitter Google