Tənha insanlar üçün xoş xəbər: onlarla vaxt keçirəcək cinsə uyğun robotlar hazırlandı
Yaponiyada əmək qabiliyyətli 1,5 milyon insanın sosial təcrid şəraitində yaşadığı bildirilir.

Yaponiya dövlətinin tapşırığı ilə aparılan araşdırmaya görə, bu insanların beşdə biri Covid-19 pandemiyasının yaratdığı psixoloji təzyiq nəticəsində özlərini cəmiyyətdən təcrid edib.


Hikikomori adlanan bu insanların əksəriyyəti münasibətlərindəki problemlər, işlərini itirdikləri və ya buna bənzər digər səbəblərə görə, cəmiyyətdən uzaqlaşdıqlarını bildiriblər. Həmin insanların 20,6 faizi pandemiya
müddətində tətbiq edilən məhdudiyyətlərdən sonra həyat tərzini dəyişib.

Özünü cəmiyyətdən təcrid edən və günün bütün hissəsini evlərində təcriddə keçirən bu insanların nisbəti 15-62 yaş qrupunda 2 faiz olaraq açıqlanıb.

Sorğu ötən ilin noyabrında 10-69 yaş arasında olan 30 min insan arasında keçirilib.

Araşdırmaya görə, 15-39 yaş arası gənclərin beşdə birindən çoxu 6 ay ilə 1 il arasında sosial təcriddə yaşayıb. 20 faizdən çoxu insan münasibətlərində problemləri olduğunu bildirsə də, 18 faizdən çoxu səbəb kimi pandemiyanı göstərib.

Yaponiyada tənha insanlarla yoldaşlıq etmək üçün süni intellektli robot istehsal edilir. İnsanların tənhalığına çarə olaraq onlayn dünya yaradılıb. Burada cəmiyyətdən təcrid olunmuş insanlar öz avatarları ilə digər şəxslərin avatarları ilə münasibət qura bilirlər.

Rəsmi şəxslərin fikrinə görə, bu üsul bütün problemləri aradan qaldırmasa da, ən azından bəzi insanlar üçün faydalı ola bilər.

Saglamolun.Az
Print Email
FaceBook Twitter Google