iPhone 15 Pro-nun keyfiyyətli render fotoları təqdim edilib
9to5Mac saytı iPhone 15 Pro-nun yeni eksklüziv render fotolarını təqdim edib.

Sözügedən render fotolarda əks olunmuş dizayn bir neçə mənbə tərəfindən təsdiqlənib. Verilmiş məlumata əsasən Apple bu ilki iPhone 15 Pro-nun xarici görünüşündə bəzi dəyişikliklər reallaşdıracaq. İlk növbədə söhbət, dairəvi formada kənar hissələrə sahib titan çərçivədən gedir. Yəni şirkət iti kənar hissələrdən imtina edib. Məlumatda qeyd
edilib ki, çərçivənin qalınlığı isə 1.55 mm təşkil edəcək.

Bundan əlavə olaraq iPhone 15 Pro-da fiziki düymələrin əvəzinə sensorlu düymələr gələcək. Söhbət, səsin tənzimlənməsi düymələrindən gedir. Sensorlu düymələr vahid sensorlu sahə formasında reallaşdırılacaq. Render fotolardan da görmək olar ki, smartfonun arxa kamera sahəsi gövdədən bir qədər hündür yerləşir. iPhone 14 Pro-nun arxa kamera sahəsindən fərqli olaraq iPhone 15 Pro-da arxa kamera sahəsinin bir qədər hündür yerləşdiyini görmək olar. Əsas yenilik isə ondan ibarət olacaq ki, smartfon USB Type-C girişini əldə edəcək. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının sentyabr ayında təqdim ediləcəyi gözlənilir.
Mənbə: technote.az

Print Email
FaceBook Twitter Google