"WhatsApp" mesencerinin administrasiyası xidmətin yaxın aylarda
əlavə olunacaq yeni funksiyalarından danışıb. Şirkətdən bildiriblər
ki, onlar istifadəçilərin məxfilik və təhlükəsizlik səviyyəsini
gücləndirməyə yönəldiləcək.
WhatsApp" hesabını yeni cihaza köçürərkən artıq istifadəçidən köhnə
cihazdakı hərəkəti təsdiqləməsi tələb olunacaq.
"Bu funksiya sayəsində başqası sizdən xəbərsiz hesabınızı yeni
cihaza köçürməyə cəhd edərsə, xəbərdarlıq
alacaqsınız", - deyə mesencerin administrasiyasından
bildirilir.
Bundan əlavə, haker
hücumundan qorunmaq üçün əlavə tədbirlər barədə
məlumat verilir - bu funksiya istifadəçidən heç bir hərəkət tələb
etmədən avtomatik işləyəcək.
Həmçinin "WhatsApp"da "Şifrələmə" bölməsində təhlükəsizlik
kodlarının yoxlanılması funksiyası olacaq. Bu, istifadəçiyə
həmsöhbətlə yazışmalarının kənar müdaxilələrdən qorunduğundan əmin
olmağa kömək edəcək.
Milli.Az