İnsana bənzər Ameca adlı robot yenidən gündəmə gəlib.
Qeyd etmək lazımdır ki, bir neçə il bundan öncə sözügedən robot əsl
insan üz mimikalarına sahib olması ilə hamını heyrətləndirmişdi.
İndi isə Ameca müxtəlif dillərdə danışmağı və müxtəlif dialektləri
imitasiya etməyi öyrənib. Bu işdə ona süni zəka əsaslı GPT-3 dil
modeli yardımçı olub.
Ameca-nın yaradıcısı olan Engineered Arts şirkəti öz robotuna DeepL
adlı machine learning modelini inteqrasiya edib. Bu, nitqin
tanınması və səsin generasiyası üçün edilib. Daha sonra isə şirkət
robota süni zəka əsaslı GPT-3 və GPT-4 dil modellərini inteqrasiya
edib.
Maraqlısı ondadır ki, GPT-4 halında robotun üz mimikaları real
insan üzü mimikalarına daha az bənzəyib. Buna görə də şirkət öz
seçimini GPT-3-də dayandırıb. Nəticə etibarilə robot yapon, alman,
çin və ingilis dillərində tam sərbəst şəkildə danışa bilib.