"Facebook" istifadəçilərə məlumatların oğurlanmasına görə 725
milyon dollar təzminat ödəməyə razılaşıb.
Şirkət buna baxmayaraq hər hansı qanun pozuntusunu inkar edir.
Məlumata görə, sosial şəbəkə istifadəçilərinin şikayət ərizəsi
yazmaq üçün üçün dörd ay vaxtı var. Son tarix 2023-cü il avqustun
25-dir. Ərizələr onlayn və ya poçtla təqdim edilə bilər. Bildirilir
ki, 100 milyondan çox istifadəçi
şikayət üçün müraciət etmə haqqına
malikdir. Bunlar əsasən 2007-ci il mayın 24-ü və 2022-ci il
dekabrın 22-si arasında Amerikada yaşayan istifadəçilərdir.
Bu məsələyə səbəb “Facebook”un istifadəçilərin şəxsi məlumatlarının
üçüncü tərəflərlə, o cümlədən ABŞ-ın keçmiş prezidenti Donald
Trampın 2016-cı il prezidentlik kampaniyasını dəstəkləyən
konsaltinq şirkəti “Cambridge Analytica” ilə paylaşılmasına icazə
verməsi ilə bağlı iddialardan irəli gəlir.
Şirkət 87 milyon Facebook istifadəçisindən məlumat toplayıb.
“Meta” şirkəti 725 milyon dollarlıq təzminatı ödəməyə razılaşsa da,
hər hansı qanun pozuntusunu rədd edir.
“Facebook” artıq platformadakı mesajlar vasitəsilə təzminat üçün
müraciət edə biləcək istifadəçiləri xəbərdar etməyə başlayıb.
“Biz razılığa gəldik, çünki bu, icmamızın və səhmdarların
maraqlarına cavab verir. Son üç il ərzində biz məxfiliklə bağlı
yeni addımlar atdıq və hərtərəfli gizlilik parametrlərini təqdim
etdik. Biz insanların sevdiyi və güvəndiyi xidmətlərin
yaradılmasını davam etdirəcəyik”, - şikayət
nümayəndəsi bildirib.
İş üzrə yekun məhkəmə prosesi sentyabrın 7-nə təyin edilib.
İstifadəçilərə ödənişlər yalnız bu məhkəmə başa çatdıqdan sonra
həyata keçiriləcək.
Mənbə: lent.az