“Hyundai i20” avtomobili təqdim olundu
Yeni “Hyundai i20” avtomobili təqdim olunub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobil son model texnologiya, altı pilləli mexaniki sürət qutusu və ya iki muftalı yeddi pilləli robotla təchiz olunub.

O 100-120 at gücünə malik 1 litrlik turbo mühərrikə sahibdir.

Həmçinin, 2024 “Hyundai i20” modeli yeni maili fənərlərə və daha böyük altıbucaqlı radiator barmaqlığına malikdir.

Bunlarla yanaşı, amperlər dəyişdirilib və işıqlar təzələnib.

Maşın salonunun dizaynı isə dəyişməyib. Bununla belə, əsas versiyada yeni bort kompüter ekranı var və daha bahalı versiyalarda tablosuna tamamilə rəqəmsaldır.

“Hyundai i20”də indi USB-C konnektoru, avtomatik əyləc sistemləri, zolaq saxlama, adaptiv kruiz-kontrol və kor nöqtə kameraları var.

Xatırladaq ki, “Hyundai Motor Group” 2030-cu ilə qədər elektromobillərin istehsalını artırmaq üçün təxminən 18,2 milyard dollar xərcləməyi öhdəsinə götürüb.
Mənbə: lent.az


Print Email
FaceBook Twitter Google