Mobil internetin sürəti təkcə telekommunikasiya operatorundan və
şəbəkənin keyfiyyətindən deyil, həm də smartfonun özündə olan
parametrlərdən asılıdır.
Parametrlərdə sadəcə iki düyməyə basmaqla smartfonunuzda internetin
sürətini artara bilərsiniz.
Bunun üçün telefonunuzda interneti sürətləndirmək üçün
parametrlərdə "Reklamların bloklanması" və "Trafikə qənaət"
düymələrini sıxmaq lazımdır.
Çünki reklamlar və pop-uplar səhifənin yüklənməsini çox ləngidir.
"Reklamların bloklanması" və "Trafikə qənaət" funksiyaları sizə
lazımsız elementlər olmadan internet saytlarını sadələşdirilmiş
formada açmağa imkan verəcək.
Bu iki funksiyanı işə salmaqla siz səhifənin yüklənmə sürətini
əhəmiyyətli dərəcədə artıracaqsınız və spamdan xilas
olacaqsınız.
Mənbə: lent.az