Rusiya və Belarus idmançıları III Avropa Oyunlarına
buraxılmayacaqlar.
Bu barədə Avropa Olimpiya Komitələrinin (EOC) rəsmi saytı məlumat
yayıb.
Bildirilib ki, sözügedən ölkələrin təmsilçiləri yarışda heç bir
statusda iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, Avropa Oyunları bu il iyunun 21-dən iyulun 2-dək
Polşada keçiriləcək. Açılış mərasimi iyunun 21-də Krakovda
olacaq.