İlon Maskı "Twitter"in 6 keçmiş işçisi müqavilənin pozulması, əmək
şəraitinin pozulması və bir sıra fırıldaqçılıq hallarına görə
məhkəməyə verib.
İddiaçıların iddiaları siyahısında milyarderin şirkətin baş ofisini
“otel”ə çevirmək istəyi ayrıca bənd kimi qeyd edilib.
Məlumdur ki, 2022-ci ilin oktyabrında, "Twitter"i aldıqdan dərhal
sonra Mask ofis sahəsini gecəyə qədər işdə qalacaq işçilər üçün
yataq otağına çevirməyi əmr edib. "Twitter"in baş qərargahının
yerləşdiyi San-Fransisko Binalar Departamenti bundan xəbər tutaraq
Maskdan belə ehtiyaclar üçün tam hüquqlu yataq otaqlarını təchiz
etməyi tələb edib.
Şirkətin keçmiş işçilərindən biri Cozef Killian yataq otaqlarının
şəhər qanunlarına uyğun təchiz edilməsinə cavabdeh idi. Rəhbərləri
ilə söhbətində o, yanğın siqnalı işə düşəndə otaqlara avtomatik
açılmayan qıfılların daxil olacağından narahat olduğunu bildirib.
Sonra o, "işçilərin həyatını təhlükəyə atacaq" qıfılların
quraşdırılmasından imtina etdiyi üçün istefa verməyə məcbur
olub.
İndi keçmiş “Twitter” əməkdaşları Maskı apardığı islahatlara, eləcə
də məcburi işdən çıxarılmasına görə məhkəməyə vermək
niyyətindədirlər. Məlumdur ki, San-Fransisko hakimiyyəti
milyarderin fəaliyyəti ilə bağlı artıq müvafiq araşdırmaya
başlayıb.
Mənbə: lent.az