Yutub şirkəti “Stories” (“Tarixcə”) funksiyasının dəsdəklənməsini
dayandırdığını bildirib.
Lent.az “The Verge” portalına istinadla xəbər verir ki, iyunun
26-dan sonra istifadəçilər paylaşım edə bilməyləcəklər, mövcud
materialların qüvvədə olma müddəti isə yeddi gündən sonra
bitəcək.
“Stories” ilk dəfə 2017-ci ildə “Reels” adı ilə təqdim olunmuşdu və
10 mindən çox abunəçisi olan istifadəçilər üçün əlçatan idi. Yutub
kanallarının sahibləri öz kontentlərinin təşviqi üçün çəkilişlər və
ya həyatları barədə yeddi gün ərzində əlçatan olan kiçik videolar
paylaşa bilirdilər.
Lakin bu funksiya blogerlər arasında çox da populyar deyildi, hətta
yutub özü onun təşviqi üçün kifayət qədər diqqət yetirməyib.
Onların məqsədi ondan ibarətdir ki, yaradıcılar bunun əvəzinə
platformanın digər funksiyaları vasitəsilə “İcma” və ya “Shorts”
bölümlərində mətn paylaşsınlar.
Mənbə: lent.az