Bəzən istifaədçilər hər iki cihazla işlədiyinə görə telefonu
noutbukun üzərinə qoyur.
Mobil cihazları noutbukun üzərinə qoymaq qətiyyən məsləhət
deyil.
Məlumata görə, istifadəçilərə iki cihazın bir-biri ilə təmasda
olmasına icazə vermək tövsiyə edilmir. Çünki noutbukun üzərinə
qoyulmuş telefon ciddi problemlərə səbəb ola bilər. Çətinliklər həm
mobil telefonda, həm də fərdi kompüterdə yarana bilər.
Bu zaman mobil cihazın şarjı sürətli şəkildə boşalmağa başlayacaq.
Çünki noutbukun yanında olanda hər iki cihazın yükü artır.
Bununla yanaşı, həm kompüterin, həm də telefonun işləməsi zamanı
gecikmələr baş verəcək. Hətta hər iki cihazın sıradan çıxma riski
var.
Beləliklə, mobil cihazlar noutbukun üzərinə qoyula bilməz. Üstəlik,
daxil edilmiş cihazları mümkün qədər bir-birindən uzaq tutmaq
məsləhətdir.
Mənbə: lent.az