Son aylarda generativ süni zəka sistemləri və onların əsasında
hazırlanmış çat-botlar istifadəçilər arasında çox məşhur olublar.
Buna görə də heç təəccüblü deyil ki, böyük İT şirkətlər bu cür
sistemləri öz məhsullarına inteqrasiya etməkdə həvəslidirlər.
İnsayderlərin verdikləri məlumata əsasən yaxın zamanda süni zəka
əsaslı çat-bot həmçinin Instagram-da da istifadəyə verilə bilər.
Onların sözlərinə əsasən çat-bot artıq yaxın zamanda təqdim edilə
bilər. Təqdim edilmiş screenshot fotoya əsasən çat-bot
istifadəçinin suallarına cavab və onlara məsləhət verə biləcək.
Bununla yanaşı insayderlər bildiriblər ki, çat-bot
personallaşdırılmış ayarları əldə edəcək.
Onların sayəsində istifadəçi çat-botu üsntünlük verdiyi faktorlara
əsasən ayarlaya biləcək. Mətn formatında mesajların fərdi şəkildə
tərtib edilməsində çətinlik çəkən istifadəçilər üçün Instagram
daxilində süni zəka əsaslı çat-botun istifadəyə verilməsi çox
faydalı ola bilər. Həmçinin güman edilir ki, çat-bot çatlarda digər
istifadəçilər ilə ünsiyyət zamanı da istifadə edilə bilər. Süni
zəka əsaslı çat-botun Instagram daxilində nə zaman istifadəyə
veriləcəyi barəsində dəqiq bir məlumat yoxdur. Hələ bu ilin fevral
ayında Meta-nın CEO-su Mark Zuckerberg bildirmişdi ki, şirkət
Instagram, Messenger və Whatsapp üçün süni zəka alqoritmləri
üzərində çalışır.
Mənbə: lent.az