Təyyarələr üçün güclü mühərrik yaradıldı
Amerikalı mühəndislər aviasiya sənayesi güclü elektrik mühərriki yaradıblar.

Bu barədə Massaçusets Texnologiya İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, aviasiya sənayesi qlobal istiləşmə, karbon qazı emissiyalarının əsas mənbəyidir.

Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri təyyarəyə yerləşdirmək üçün uyğun olan 1 meqavatlıq elektrik mühərriki yaradıblar. Müqayisə üçün deyək ki, tipik elektrik təyyarəsi mühərrikinin gücü yüzlərlə kilovatla ölçülür. Təyyarə nə qədər böyükdürsə, bir o qədər güclü mühərrik lazımdır və zəif mühərriklər dəstinin yerləşdirilməsi təyyarənin çəkisini artırır və dizaynını çətinləşdirir.

Əsas çətinlik həcmi və çəkisini minimuma endirərkən mühərrik gücünü artırmaq idi. 

Mənbə: lent.az

Print Email
FaceBook Twitter Google