Sürücüsüz "Kamaz"lar istehsal olundu
Pilotsuz “KamAZ” yük maşınları Sankt-Peterburqdan Moskvaya gedən M-11 “Neva” şossesi ilə hərəkət etməyə başlayıb.

Belə avtomobillər ölkədə ilk dəfə ictimai yolda peyda olub. Onların hərəkətinə bir gün əvvəl Nəqliyyat Nazirliyindən məlumat verilib. Avtonom idarəetməyə baxmayaraq, avtomobillərin kabinələrində sürücülər olacaq. M-11 avtomobil yolunda dronların istismarı üçün müvafiq infrastruktur, o cümlədən yolun özünün riyazi modeli yaradılıb.

“Pilotsuz Logistika Dəhlizləri” layihəsi çərçivəsində pilotsuz “KamAZ” avtomobillərinin hərəkətinə başlanılıb. Yük maşınları bir neçə şirkətdən kommersiya yüklərinin daşınması üçün istifadə olunacaq. Layihəyə, xüsusən PEK, Globaltruck, Qazpromneft-Supply daxildir.
Mənbə: lent.az

Print Email
FaceBook Twitter Google