Youtube monetizasiya alətlərindən istifadə tələblərini yüngülləşdirib
Youtube öz partnyorluq proqramı çərçivəsində təqdim edilən monetizasiya alətlərinin əldə edilməsi mövzusunda kontent yaradıcıları üçün olan tələbləri sadələşdirib.

Daha əvvəllər Youtube partnyorluq proqramına qoşulmaq üçün kontent yaradıcısından 1000 nəfər abunəçiyə sahib olması tələb edilirdi. İndi isə bu göstərici 500 nəfər abunəçiyə endirilib. Videoların baxış sayı məsələsindəki tələblər də aşağı endirilib.

Beləliklə bundan sonra Youtube partnyorluq proqramına qoşulmaq istəyən kontent yaradıcıları 500 nəfər abunəçiyə, son 90 gün ərzində yüklənmiş 3 ədəd videoya, son 1 il ərzində videoların ümumilikdə 3000 saatlıq (daha öncə 4000 saat) baxışlarına və ya son 90 gün ərzində Shorts videoların ümumi olaraq 3 milyon baxış sayına sahib olmalıdırlar.

Bu cür statistik göstəricilərə sahib kontent yaradıcıları Youtube partnyorluq proqramına qoşula biləcəklər. Partnyorluq proqramına qoşulanlar isə müxtəlif monetizasiya alətlərini əldə edirlər. Youtube ilk növbədə yeni partnyorluq tələblərini ABŞ, Böyük Britaniya, Kanada, Tayvan və Cənubi Koreyada istifadəyə verəcək və müəyyən müddətdən sonra Youtube partnyorluq proqramının aktiv olduğu digər ölkələrdə də aktivləşəcək.

Mənbə: technote.az

Print Email
FaceBook Twitter Google