Dünyada ən çox hakerlər hansı dillərdə danışır?
Kasperski Laboratoriya”nın rəhbəri Yevgeni Kasperskinin sözlərinə görə, dünyada əksər hakerlər Çin və rus dillərində danışır.

“Bütün peşəkar və qeyri-peşəkar zərərli proqramların əksəriyyəti Çin dilində danışır. İkinci yerdə rus dilidir və sonra, yəqin ki, ispan-portuqal dilini söyləmək mənim üçün çətindir”,
- Kasperski deyib.

Onun sözlərinə görə, söhbət İspaniyadan yox, Latın Amerikasından gedir: həbs və istintaq işlərinə baxanda belə qənaətə gəlmək olar ki, Latın Amerikasında kifayət qədər çox haker var.

Hakerlər arasında ən çox yayılmış dillər siyahısına türk dili və qırıq ingilis dili (Broken English) də daxildir. Kasperski qeyd edib ki, sonuncu halda hücum edənlərin mənsubiyyətini müəyyən etmək daha çətindir, çünki “hər kəs” qırıq ingiliscə danışa bilər.

Qeyd edək ki, bu gün dünyanın demək olar ki, bütün ölkələrində hakerlər var. Beləliklə, bu yaxınlarda hollandiyalı bir haker Avstriyanın demək olar ki, bütün sakinlərinin məlumatlarını oğurlayıb və satışa çıxarıb. Rusiya və Belarus hakerləri ABŞ-ın Vergi Xidmətinin sistemini sındırıb və istifadəçi adları və şifrələri daxil olmaqla 198 milyon sətir məlumatı oğurlayıblar. Ancaq bir çox hallarda cinayəti törədənlərin hansı ölkədən olduğunu tapmaq mümkün olmur.

Mənbə: lent.az

Print Email
FaceBook Twitter Google