Google Whatsapp-ın istifadəçilərini dinləyir?
Keçən ay Whatsapp ilə bağlı maraqlı bir hadisə baş vermişdi.

Twitter əməkdaşlarından biri bildirmişdi ki, onun smartfonunda messencer fon rejimində mikrofondan istifadə etmək icazəsini istəyib. Həmin vaxtda Whatsapp tərtibatçıları qeyd etmişdilər ki, problemin mənbəyi messencerdə deyil, Google şirkətinin Android əməliyyat sistemindədir. İndi isə Google bu məsələyə aydınlıq gətirib.

“Bir neçə müddət bundan öncə Android-də olmuş sistem səhvi məhdud sayda Whatsapp istifadəçisini əhatə edib və Android konfidensiallığının monitorinq panelində səhv konfidensiallıq indikatorları ilə bildirişlərin ortaya çıxmasına səbəb olub. Hal hazırda Whatsapp istifadəçiləri öz cihazlarında messenceri yeniləyərək bu problemi aradan qaldıra bilərlər. Biz, əməkdaşlıq sərgilədiyinə görə Whatsapp-a təşəkkür edir və mövcud olmuş bu problemin istifadəçilərdə yarada biləcəyi səhv fikirlərə görə üzr istəyirik”
- deyə Google qeyd edib. Bu bəyanatla Google şirkəti problemin mənbəyinin məhz əməliyyat sisteminin tərəfində olduğunu təsdiqləyib. 

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google