"Nokia" özünü təmir etmək üçün uyğunlaşdırılmış ilk 5G
smartfonunu təqdim edib.
Bu barədə “PhoneArena” nəşri məlumat yayıb.
Məlumata görə, yüksək səviyyədə dözümlülüklə buraxılmış "Nokia G42
5G" cihazı fərqli xüsusiyyəti ilə yenilənib. Cihaz batareyaya və
digər komponentlərə sürətli çıxışı olan modul dizayn alıb. Bir
nasazlıq halında, istifadəçi ehtiyat hissələri satın ala və
zədələnmiş hissələri evdə dəyişdirə
bilər. "Nokia G42"ni özünə
xidmət üçün nəzərdə tutulmuş ilk 5G smartfonu olduğu açıqlanıb.
Qeyd olunub ki, istehlakçılar alətləri və hissələri təmirini
"iFixit" tərəfdaşının saytından əldə edə bilərlər. Beləliklə,
istifadəçilərin displey, akkumulyator, doldurma portunu müstəqil
şəkildə əvəz etmək imkanları olacaq. "Nokia G42" həmçinin
təhlükəsizlik yeniləmələri ilə əlavə dəstək alacaq.
Cihaz 6,56 düymlük IPS ekran və Snapdragon 480+ prosessoru ilə
çıxıb. Telefonun 4 giqabayt operativ yaddaşı və 128 giqabayt daxili
yaddaşı var. 50, 2 və 2 meqapiksel təsvir ölçülü linzaları olan
üçlü kamera alıb. 5000 milliamper-saatlıq batareya ilə təchiz
edilib. Nokia G42-nin qiyməti 249 avro təşkil edib.
Mənbə: lent.az