Alimlər süni intellekt milyonlarla insanın ölümünə səbəb
olacaq yeni pandemiyaya yol aça biləcəyini açıqlayıb.
Süni intellekt proqramları təcavüzkarlara virus yaratmaq üçün
təlimatlarla giriş imkanı verə bilər.
Tanınmış professor süni intellektin planeti məhv etmək istəyənlərə
təhlükəli xəstəliklərin yaradılması haqqında məlumat əldə edə
biləcəyindən narahatlığını ifadə edib.
Massaçusets Texnologiya İnstitutunun Media Laboratoriyası (ABŞ)
tərəfindən aparılan araşdırmaya görə,
ChatGPT və FreedomGPT kimi
süni intellektlər gələcəkdə ölümcül xəstəliklər yaratmaq üçün
təlimat və tövsiyələrdən ibarət “böyük dil modellərinə” çıxış əldə
etmə ehtimalı var. Bu, təhlükəli sporların, mikrobların əmələ
gəlməsinə və müxtəlif pandemiyaların yaranmasına gətirib çıxara
bilər.
Hesabatın həmmüəllifi, professor Kevin Esvelt qeyd edib ki, onların
araşdırması göstərir ki, böyük dil modellərinin meydana çıxması ilə
pandemiyaya səbəb ola bilən agentlər geniş şəkildə əlçatan
olacaq.
Mənbə: lent.az