Güclü immun sistemi insanı istənilən virus, mikrob və digər
ziyanlı agentlərdən müdafiə edə bilir.
Lakin bunun üçün immuniteti daim yüksək səviyyədə saxlamaq
lazımdır.
Sağlam qidalanma, yaxşı yuxu, fiziki aktivlik, stressə davamlılıq –
immuniteti yüksək səviyyədə saxlamağa yardım edən əsas
amillərdir.
Xalq təbabətində də immun sistemini gücləndirmək üçün müxtəlif
vasitələr mövcuddur.
"Marneuli" radiosu oxucularını immuniteti stimullaşdıran otlarla
tanış
edir:
1. Exinaseya bitkisi immun sisteminin hüceyrələri olan faqositlərin
aktivliyini artırır. Faqositlər orqanizmə düşən mikrob və digər yad
hissəcikləri “udur” və zərərsizləşdirir. Exinaseya stafilokokk,
streptokokk, qripp və herpesə qarşı təsirlidir.
2. Çəhrayı rodiola təbii immunostimulyatordur, orqanizmi soyuqdəymə
xəstəliklərinə qarşı daha davamlı edir. Yüksək təzyiqdən əziyyət
çəkənlər bu bitkidən istifadə etməməlidir – rodiola təzyiqi
qaldırır.
3. Qoz yarpaqları orqanizmi yaxşı tonuslaşdırır, möhkəmləndirir,
iltihabları azaldır.
4. Reyhan da immun sistemini möhkəmləndirmək xüsusiyyətə
malikdir.
5. Aloe orqanizmə yaxşı stimullaşdırıcı təsir edir, maddələr
mübadiləsini sürətləndirir, orqanizmə antibakterial və iltihab
əleyhinə təsir edir.
Bu otları dəmləmələr şəklində istifadə etmək olar. Həmçinin
apteklərdə exinaseya, rodiola, aloe əsasında çoxlu sayda
preparatlar satılır – həblər, tinkturalar və s.
Mənbə: Saglamolun.Az