Zukerberqdən "Twitter"a yeni rəqib - "Threads"
“Meta” şirkəti “Twitter”a rəqib yeni tətbiq çıxaracağı iddia edilir.

Yeni proqram “Threads” adlanacaq.

Məlumata görə, şirkət bu yaxınlarda proqramı “Google play”də yayımlayıb. Ancaq tez bir zamanda onu silib.

Bildirilir ki, tətbiq “Google
Play”ə yanlışlıqla yüklənilib. Buna baxmayaraq, yenə də onu skrinşot vasitəsilə çəkə biliblər. Tətbiqin bu ilin yanvar ayında hazırlanmağa başladıldığı bildirilir. Onun dəqiq buraxılış tarixi isə hələlik məlum deyil.


Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google