Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Şurası özəl şirkətə
ictimai yollarda avtonom nəqliyyat vasitələrini idarə etmək üçün
ilk milli lisenziyanı təsdiqləyib.
Bu barədə BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubayın hökmdarı
Məhəmməd bin Rəşid Al Məktum məlumat verib.
"Nazirlər Şurasının bugünkü iclasında ölkə yollarında özü idarə
edən avtomobillərdən istifadə etmək üçün ilk milli lisenziyanı
təsdiq etdik" - o,
"Tvitter" hesabında yazıb. Baş nazir icazəni
ixtisaslaşmış “WeRide” şirkətinin aldığını bildirib.
Bundan əlavə, BƏƏ hökuməti elektrik avtomobilləri ilə bağlı
siyasəti təsdiqləyib. Buraya enerji doldurucuların milli
şəbəkəsinin yaradılması, belə maşınlar bazarının tənzimlənməsi,
eləcə də əlaqəli sahələrin stimullaşdırılması daxildir.
BƏƏ səlahiyyətliləri həyatın müxtəlif sahələrində, xüsusilə
atmosferə istixana qazları tullantılarının azaldılmasına yönəlmiş
qabaqcıl texnologiyaları fəal şəkildə tətbiq edir və özəl biznesi
buna həvəsləndirir. Cari ilin martında “United Parcel Service”
yüklərin daşınması üçün elektriklə işləyən şaquli qalxan təyyarəni
sınaqdan keçirmək üçün lisenziya aldı və apreldə Dubay hakimiyyəti
şəhərdə 4 min pilotsuz taksi buraxmağı planlaşdırdıqlarını
açıqladı. May ayında Əbu-Dabidə Yaxın Şərqdə ilk elektrik zibil
maşınının istifadəyə verildiyini bildirdi.
Mənbə: lent.az