“Apple” şirkətinin sentyabrda təqdim edəcəyi “iPhone 15 Pro
Max” smartfonlarının qiymətini qaldıracağı ehtimal olunur.
Bu barədə “9to5Mac” saytı məlumat yayıb.
Məlumata görə, yeni flaqmanın qiyməti “iPhone14 Pro Max”dan bahalı
olacaq.
Bildirilir ki, yeni cihazın “iPhone 15 Pro”da olmayan unikal
xüsusiyyətlərə də sahib olacağı gözlənilir.
“15 Pro Max”ın fərqli xüsusiyyəti yeni böyütmə obyektivi, eləcə
də
daha təkmilləşdirilmiş kamera sistemi olacaq. 2022-ci ildə
buraxılan “iPhone 14 Pro Max” və “14 Pro” modelləri demək olar ki,
eyni xüsusiyyətlərə malik idi. Yalnız ekran ölçüsü həmçinin
batareya tutumu ilə fərqləniblər.
“Apple” şirkəti “iPhone 15” cihazlarını avqust ayında istehsala
buraxacağını açıqlayıb. Şirkət ilin sonuna kimi 84 milyon smartfon
buraxmağı planlaşdırır ki, bu da keçən ilin eyni dövründə tədarük
edilən “iPhone 14” seriyalı cihazlardan 12 faiz çoxdur.
Mənbə: lent.az