“WhatsApp” messencerinin tərtibatçıları birbaşa söhbət
siyahısında filtrləməni aktivləşdirməyə imkan verən yeni funksiyanı
sınaqdan keçirməyə başlayıblar.
Lakin bu funksiya "Google Play"də beta test proqramı çərçivəsində
2.23.14.17 yeniləməsində mövcuddur.
Tətbiqin yeni versiyasının təsvirinə əsasən, funksiya söhbətlərin
filtrlənməsini daha rahat etməyə yönəlib, çünki indi filtr düyməsi
birbaşa söhbət siyahısında, hər bir söhbətdə isə ayrıca
yerləşəcək.
“WhatsApp” söhbət siyahısında üç
filtr təqdim etməyi planlaşdırır.
Onlar istifadəçilərə oxunmamış mesajlar, şəxsi söhbətlər və
bizneslə bağlı söhbətlər əsasında təşkil etməyə imkan verəcək.
Hazırda proqramda qrup söhbətləri üçün heç bir filtr yoxdur ki, bu
da "WhatsApp"da iş söhbəti olan bir çox istifadəçilər üçün
narahatlıq yaradıb.
Portalın məlumatına görə, bu filtr hələ beta testerlər üçün
yeniləmədə görünməyib. Bununla belə, hesab edirlər ki,
tərtibatçılar çoxdan gözlənilən filtri bütün istifadəçilər üçün
əlçatan olan messencerin sonrakı versiyasında əlavə edəcəklər.
Mənbə: lent.az