Gənclərdən yeni TREND: “Ağılsız telefonlar” dəbə düşür
ABŞ-da gənclər “ağılsız telefonları” yenidən dəbə salıblar. Söhbət 1990-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər istifadə edilmiş düyməli, sadə telefonlardan gedir.

Gənclər filifoner adlandırdıqları bu cihazların geniş yayılması üçün sosial şəbəkələrdə hərəkətə keçiblər.

Köhnə telefonların ucuz qiymətə olması onlara olan tələbatı artırıb. Bu telefonların əsas funksiyası zəng edə bilməkdir. Bu da internetdən uzaq qalıb beynini dincəltmək istəyənlər, lakin ətraf aləmlə əlaqəni tamam qopartmaq istəməyənlər üçün yaxşı seçimdir.

Bu baxımdan hazırda sosial şəbəkələrdə #bringbackfliphones (filifonları qaytaraq) həştəqi geniş yayılmaqdadır.

Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google