ABŞ-da gənclər “ağılsız telefonları” yenidən dəbə
salıblar.
Söhbət 1990-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər istifadə
edilmiş düyməli, sadə telefonlardan gedir.
Gənclər filifoner adlandırdıqları bu cihazların geniş yayılması
üçün sosial şəbəkələrdə hərəkətə keçiblər.
Köhnə telefonların ucuz qiymətə olması onlara olan tələbatı
artırıb. Bu telefonların əsas funksiyası
zəng edə bilməkdir. Bu da
internetdən uzaq qalıb beynini dincəltmək istəyənlər, lakin ətraf
aləmlə əlaqəni tamam qopartmaq istəməyənlər üçün yaxşı
seçimdir.
Bu baxımdan hazırda sosial şəbəkələrdə #bringbackfliphones
(filifonları qaytaraq) həştəqi geniş yayılmaqdadır.
Mənbə: lent.az