Münhen Texniki Universitetinin alimləri hüceyrələr arasında
hərəkətdə olan və onların fəaliyyətinə nəzarət edə bilən dünyada
ilk mikrorobotlar yaradıblar.
TACSI mikrobotları dəyirmi formada, insan saçının yarısı
qalınlığında, 30 mikrometrə bərabərdir. Onların tərkibində
flüoresan boya olan qızıl nanorodlar var və yosunlardan əldə edilən
polimer materialla əhatə olunub. Güman edilir ki, lazerlə idarə
olunan bu cür botlar temperaturun dəyişməsi ilə onları
stimullaşdıraraq hüceyrə qruplarına keçə biləcəklər.
Mikrobotların istehsalı "mikro maye çipləri" əsasında qurulub.
Biomaterial çipin sol tərəfindəki kanal vasitəsilə daxil edilir,
sonra 15-60 mikrometrlik kanallar vasitəsilə yuxarıdan və aşağıdan
xüsusi komponentləri olan yağ əlavə edilir. Tamamlanmış robotlar
sağda görünür.
Təcrübələr zamanı TACSI mikrobotları infraqırmızı lazer isitmə
üsulu ilə böyrək hüceyrələrinə yönəldilib. Məlum olub ki,
hüceyrələrin ion kanalları müəyyən temperaturda açılır, məsələn,
kalsiumun hüceyrələrə daxil olması üçün. İstilik stimullaşdırılması
yaraları müalicə etmək və ya yüksək temperaturla öldürülən xərçəng
hüceyrələri ilə mübarizə aparmaq üçün istifadə edilə bilər.
Mənbə: lent.az