“WhatsApp”dan yeni dizayn – Qruplar və icmalar birlikdə
“WhatsApp” ən son yeniləməsi ilə icmaları və qrupları bir yerdə yerləşdirib.

Platformanın söhbət bölməsindəki icmalar simvolunu və qrup söhbətlərinin ikonasını da yenidən dizayn edilib.

Bildirilib ki, “WhatsApp” bu yeniləmə ilə icmaların istifadəsini daha aydın və asan etmək və onları digər söhbətlərdən daha yaxşı fərqləndirmək istəyir.

Məlumata görə, hələ ki yenilik bəzi Android əsaslı smartfonlar üçün əlçatandır.


Mənbə: lent.az
Print Email
FaceBook Twitter Google