“Meta” şirkəti “Facebook” və “Instagram” sosial şəbəkələrində bütün
reklamları gizlədəcək xüsusi ödənişli abunəliyə başlayır.
Reklamlardan imtina etmək seçimi ayda 10 avroya başa gələcək.
Xidmət bütün Avropa ölkələrində mövcuddur və veb versiyası üçün
ayda 9,99 avro, iOS və Android cihazları üçün isə 12,99 avro təşkil
edir.
Beləliklə, Zukerberqin şirkəti Rəqəmsal Xidmətlər və Bazarlar Aktı
da
daxil olmaqla, kontekstli reklam kontekstində istifadəçi
məlumatlarının məxfiliyi ilə bağlı Avropa rəsmilərinin
narahatlığını aradan qaldırmaq niyyətindədir.
“Biz bu inkişaf edən Avropa qaydalarının məqsədinə hörmət edirik və
onlara əməl etməyə sadiqik”, - şirkətin sözçüsü bildirib.
Qeyd olunur ki, şirkətin sosial şəbəkələri əvvəlki kimi pulsuz
istifadə oluna bilər. Ancaq bundan sonra mövcud reklam parametrləri
alətləri dəyişməz qalacaq.
Mənbə: lent.az