Populyar “WhatsApp” ani mesencerində istifadəçilərə
mesajların mətnini formatlaşdırmağa imkan verən yeni funksiya
əlçatan olacaq.
Mütəxəssislər bildiriblər ki, mesencerdə yeni formatlaşdırma
alətləri - kodlar bloku, sitatlar və siyahılar bloku olacaq.
Mesajın müəyyən hissəsini vurğulamaq üçün kodlar blokundan istifadə
olunacaq.
Sitat bloku mesajın müəyyən hissəsinə cavab vermək üçün istifadə
edilə biləcək. Bunun üçün mətnin qarşısına “>” işarəsi əlavə
etməlisiniz.
Siyahılar məlumatı təşkil etməyə kömək edir.
“Siyahınızı yaratmaq üçün mətninizi “*”, “-” və ya rəqəmlərlə
başlayın”, - deyə ekspertlər bildiriblər.
Yeni funksiya “Google Play Store”dan “Android” üçün “WhatsApp”ın ən
son beta versiyasını yükləmiş beta testerlər üçün əlçatandır.
Gözlənilir ki, seçim yaxın günlərdə adi istifadəçilər üçün də
əlçatan olacaq.
Mənbə: oxu.az