Ulduz falı – Təşkilatçılıq məharətinizi işə salaraq problemləri sürətlə çözməyə çalışın
Qoç - məqsədə doğru aparan yolda sədlər və maneələr var. Ruhdan
düşməyin, bədbinliyə qapılmayın. Kimsəyə imkan verməyin ki,
əhvalınızı pozsun. İşdə tapşırıqlar artır. Adi günlərlə müqayisədə
işlər daha çox olacaq. Təşkilatçılıq məharətinizi işə salaraq
problemləri sürətlə çözməyə çalışın.
Buğa - səhhətinizdə kiçik problemlər yarana bilər.
Planlaşdırdığınız işlər, görüş və istirahətdən imtina etməyin.
Qəfil hədiyyə və sürpriz istisna deyil. Axşam saatlarında normal
dincəlin.
Əkizlər - yeni tərəfdaşlar və müttəfiqlər cəlb eləmək üçün
əlverişli zamandır. İndiyədək sizə laqeyd yanaşan insanın rəğbətini
qazana bilərsiniz. Dəvət aldığınız yerə qatılın. Diqqət mərkəzində
olsanız, təlaşa düşməyin.
Xərçəng - yeni şərik və ya həmkarlarla ünsiyyət sizə müsbət
emosiyalar bəxş edəcək. Sərfəli məsləhətlər ala bilərsiniz. Geyim,
orijinal bəzəklər və aksessuar almaq üçün yaxşı zamandır. Sizi
qeyri-adi, parlaq nəsnələr cəlb edir. Nüfuzlu insanla tanışlıq
istisna deyil.
Şir - birmənalı olmayan gündür. Hər şey ilk baxışdan göründüyü
qədər pis deyil. Yaşananları yalnız bədbin çalarlarda görərək
situasiyanı neqativ dəyərləndirməyin. Kiçik itkilər, uğursuz
alış-veriş və sərmayə ola bilər. Amma ağır maliyyə problemləri
yaşanmayacaq.
Qız - tərəfdaşlarla əməkdaşlıq sərfəli, həm də xoş olacaq.
Alış-veriş, daşınmaz əmlakla əməliyyatlar üçün münasib zamandır.
Sevdiyiniz insanın istəklərini nəzərə alın, onları qulaqardına
vurmayın.
Tərəzi - əlverişli və rahat gündür. Böyük uğurlara nail ola
bilərsiniz. Yaşanan olayların əsas məqamlarını nəzərdən
qaçırmasanız, adi günlərlə müqayisədə daha çox səhvlərə yol
verməyəcəksiniz. Yeni işgüzar tərəfdaşlar tapmaq olar.
Əqrəb - şəxsi münasibətlərdə pozitiv təmayüllərin təsiri artır.
Təşəbbüs göstərin, nəyisə dəyişməyə və ya yaxşılaşdırmağa çalışın.
İntuisiyanızın səsini dinləyin. Ailə üzvləri ilə təmaslarda həssas
olun.
Oxatan - işdə həmkarlar və rəhbərliklə bağlı sərt danışaraq
ünsiyyətdə problemlər yaratmayın. Belə davranışın sonradan hansı
fəsadlara səbəb ola biləcəyini düşünün.
Oğlaq - peşəkar fəaliyyət, biznes və kommersiya ilə bağlı mühüm
qərarları qəbul etməyə dəyməz. İşgüzar intuisiyanız bu gün
"korlaşıb". Çox asanlıqla səhvə yol verə bilərsiniz. Yaramaz
insanların dəyərsiz məsləhətlərinə qulaq asmayın. Belələrinin
dediklərini qulaqardına vurun.
Dolça - işgüzar baxımdan faydalı tanışlıqlar və görüşlər istisna
deyil. Qida rasionuna fikir verin. Mədə-bağırsaq sistemi bu gün
xüsusilə həssasdır. Axşam saatlarında idmanla məşğul olmaq
fikrindən daşının.
Balıqlar - özünüzlə bağlı yaxşı fikrin formalaşmasına çalışın.
Birlikdə çalışmağı düşündyünüz insanlarla görüşərək danışıqlar
aparmaq olar. İşgüzar təşəbbüsü unutmayın. İdeyalarınızı müzakirəyə
çıxarın. Adətən sizi dəstəkləməyən, ideyalarınızı bəyənməyən
insanlar belə, bu gün dəstək verəcəklər.