Ulduz falı – Ünsiyyət, dostlarla görüş, qonaq qəbulu üçün əlverişlidir.
Qoç - çoxdan bəri qarşınıza qoyduğunuz məqsədlərdən birinə
çatacaqsınız. Qətiyyətli və inadkar olun. Yolunuzda sədlərlə
maneələr yaranırsa, onları dəf edin. Yeni müttəfiqin sayəsində
yaranan problemləri birlikdə həll edə biləcəksiniz. İşgüzar və
şəxsi münasibətlər üçün əlverişli zamandır.
Buğa - gəlirlər istsina deyil. Xərclər çox olsa da, maliyyə
problemləri yaranmayacaq. Qəfil hədiyyə, köhnə dostlar və ya
qohumların xoş sürprizləri ola bilər.
Əkizlər - yeni işə başlamaq və ya layihəni reallaşdırmaq üçün
uğurlu gün deyil. Bir qədər əvvəl başladığınız işi bitirin. Təcili
həllini tələb edən məişət problemi yarana bilər. Qayda yaratmaq
üçün bir qədər vaxt lazımdır. Müstəqil çalışın. İstənilən alət və
mürəkkəb texnika ilə ehtiyatları davranın. Nasazlıq və ya sıradan
çıxma ola bilər.
Xərçəng - ünsiyyət, dostlarla görüş, qonaq qəbulu üçün
əlverişlidir. Planlaşdırılmamış səfər də ola bilər. Səfərə könülsüz
yollansanız da, evə yaxşı əhvalla qayıdacaqsınız.
Şir - istənilən format və mürəkkəblik səviyyəsindəki problemlərin
öhdəsindən asanlıqla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar
sizdən məsləhət və ya yardım istəyirlər. Qeyri-formal şəraitdə
işgüzar görüşlər yaxşı keçəcək.
Qız - yeni, birgə kommersiya layihəsi ilə bağlı işlər yaxşı gedə
bilər. Gəlir istisna deyil. Maliyyə müşküllərini sürətlə, ən
əlverişli şəikldə həll etməyə çalışın.
Tərəzi - sevdiyiniz insanla fikir ayrılıqları ola bilər. Fəqət,
münaqişəyə yol verməsəniz, münasibətlərdəki harmoniya tezliklə
bərpa olunacaq.
Əqrəb - yaranan problemləri effektiv həll etmək üçün yaxşı gündür.
İstirahət və əyləncə ilə bağlı fikirləri bir qədər təxirə salın.
Günün maliyyə fonu əlverişlidir. Aktiv çalışın. Fiziki iş yorucu,
usandırıcı təsir bağışlamayacaq.
Oxatan - sevdiyiniz insanla münasibətlərə dəyər verin, həssas olun.
Yaşam arealında dəyişikliklər etmək zamanıdır. Axşam saatlarında
normal istirahət edin.
Oğlaq - kiçik anlaşılmazlıqlar və ixtilaflar əhvalınızı korlamasın.
Baş verən olaylara rəğmən nikbin olun. Pərişanlığa qapılmayın .
Günün ikinci yarısında yaxın bildiyiniz insanın yardımı ilə çətin
problemin çözümünü tapacaqsınız.
Dolça - işlər planlaşdırdığınızdan bir qədər artıqdır. Səy
göstərsəniz və qətiyyətli olsanız, problemləri vaxtında həll edə
bilərsiniz. Kiçik problemlər əhvalınızı pozmasın. Qarşınıza
qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Pozitiv emosiyaları
yaxın ətrafınızdakı insanlarla paylaşın. Belədə münasibətlərdə
rəvanlıq formalaşar.
Balıqlar - Rasionda eksperimentlər etməyin. Planlaşdırılmamış
görüşlərdən biri xoş təəssüratlar yarada bilər. Peşəkar fəaliyyət
sahəsindəki problemlərin həllində sizə yardım edə biləcək insanla
əlaqə saxlayın. Köhnə borclardan birini qaytaracaqlar.