Ulduz falı – Soyuqqanlı davranın, atacağınız addımların tələsik olmamasına çalışın
Qoç - gəlirlər olacaq. Alış-verişdə istədiyiniz əşyanı ala
bilərsiniz. Axşam saatlarına yaxın romantik təmaslar ola bilər.
Münasibətlər bir qədər sonra ciddi əlaqələrə çevriləcək.
Buğa - yaşananlara rəğmən təmkini itirməyin. Soyuqqanlı davranın,
atacağınız addımların tələsik olmamasına çalışın. Yaranan istənilən
problemin və ya çətinliyin öhdəsindən gələ biləcəksiniz. İşdə fikir
ayrılıqları ola bilər. Mövqeyinizi müdafiə edin, geri
çəkilməyin.
Əkizlər - hadisələrin inkişafı düzgün mövqe tutduğunuzu göstərəcək.
Axşam saatları peşəkar fəaliyyətlə bağlı önəmli məsələlərin
müzakirəsi və həlli üçün yaxşıdır. Şəxsi münasibətlərdə diqqətli
olun. Yeni tanışlara planlarınızdan danışmayın. Onlar ilk baxışdan
göründüyü kimi deyillər.
Xərçəng - günün ilk yarısında müsbət təmayüllərin təsiri artacaq.
Çətinliklər yaranarsa, narahat olmayın. Problemlər müvəqqətidir və
onları çözmək olar. Əvvəlcədən hazırladığınız plana qayıdın. Çoxdan
bəri düşündüyünüz məsələni həyata keçirin. İşdə önəmli məsələlərin
müzakirəsi üçün yaxşı gündür.
Şir -yeni işə çıxmaq olar. Ailə üzvləri ilə münasibətlər rəvan və
harmonik olacaq. Qayğıkeş olun. Münaqişə və qarşıdurmalara yol
verməməyə can atın. Ünsiyyətdə çətin olan insanla dil tapmağa can
atın.
Qız - günün ilk yarısı mürəkkəb keçəcək. Gərəkli nəticəyə nail
olmaq üçün çox çalışmalı olacaqsınız. Yardımlarına bel bağlamağa
adət etdiyiniz insanlar sizi yarıyolda qoya bilərlər.
Tərəzi - yeni layihəni həyata keçirməyə hazır olun. Aktiv və
enerjili olun, qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Axşam
saatlarında gəzintiyə çıxın.
Əqrəb - xoş görüşlər olacaq. Dəyər verdiyiniz insanla
qarşılaşacaqsınız. Ailə münasibətləri ilə bağlı mühüm məsələləri
müzakirə etmək olar.
Oxatan - günün ilk yarısı o qədər də uğurlu deyil. Əhvalınız
korlana bilər. İşdə problemlər, maliyyə çətinlikləri istisna deyil.
Narahat olmayın. Saatlar keçdikcə vəziyyət yaxşılaşmağa başlayacaq.
Nikbin olun, qüvvə və potensialınıza güvənin.
Oğlaq - əlverişli zamandır. Yaranmış şəraitdən faydalanmağa
çalışın. İstənilən situasiyada yaxşı nə isə var. İşgüzar danışıqlar
pis keçməyəcək. Nüfuzlu insanların dəstəyini ala bilərsiniz. Onlar
genişmiqyaslı planı və ya layihəni həyata keçirmək üçün müttəfiq
tapın.
Dolça - şəxsi münasibətlər baxımından pis deyil. Axşam saatlarına
yaxın tək qalın, düşünüb-daşının. Ailə üzvlərindən biri ilə fikir
ayrılıqları yarana bilər.
Balıqlar - sakit və təmkinli davranın. Təxribatlara uymasanız, gün
yaxşı keçəcək. Yaxın ətrafınızdakı insanlar səbrinizi tarıma
çəkəcəklər. Belə tələlərə düşməyin. İş yerini dəyişmək, yeni
tanışlıqlara can atmaq məsləhət deyil.