Ulduz falı – Köhnə problemləri unutsanız da, onlar sizi unutmayıblar
Qoç - adi günlərdən fərqli olaraq işdə həmkarlarla münasibətlər
gəriləcək, fikir ayrılıqları və ixtilaflar yaranacaq. İndiyədək bir
kəlmədən anladığınız insanlarla dil tapmaq çətinləşəcək.
Buğa - şəxsi münasibətlərdə situasiya yaxşı deyil. Qarşılıqlı
iradlar, qısqanclıq və umu-küsü anlaşmaya mane olacaq. Yaranan
problemlərin səbəblərini anlamağa çalışın. Çətinlikləri aradan
qaldırmağın alternativ, amma effektiv yollarını arayın.
Əkizlər - köhnə problemləri unutsanız da, onlar sizi unutmayıblar.
Çətinlikləri sürətlə, qısa müddətdə həll etmək asan deyil. Ruhdan
düşməyin, bədbinliyə qapılmayın. Diqqətinizi cari işlərə yönəldin.
Bir müddət sonra yeni işlərin həllinə başlaya bilərsiniz.
Xərçəng - işgüzar danışıqlar pis keçməyəcək. Qarşı tərəfdə özünüzlə
bağlı xoş təəssürat yaratmağa çalışın. Axşam saatları yaradıcılıq
fəaliyyəti üçün yaxşıdır. Dünyagörüşünüzü, biliklərinizi artırın.
Yeni hobbi artıra bilərsiniz. Maraqlı tanışlıqlar olacaq.
Şir - nəzərdə tutduğunuz işləri həyata keçirə bilərsiniz.
Tələskənliyə yol verməyin. Vurnuxmalara qatılmayın. Yalnız etibar
etdiyiniz, sınanmış müttəfiqlərlə çalışın. Bir zamanlar yardım
etdiyiniz insanlara kömək etməkdən çəkinməyin. Müraciətiniz
qulaqardına vurulmayacaq. Qəfil işgüzar təkliflərin alınması
istisna deyil.
Qız - əldə edilmiş anlaşmalar və razılıqlar müvəqqətidir. Səfərlər
üçün münasib zamandır. Görüşlər və təmaslarda təxəyyülünüzü işə
salsanız, nəticələr pis olmayacaq. Yeni tanışlıqlar olacaq. Amma
onlar ciddi münasibətlərə çevriləcək.
Tərəzi - anlaşmalar və sərmayələr üçün əlverişli zaman deyil.
Maliyyə məsələlərində ehtiyatlı olun. Uğurlu gündür, problemlər
ciddi deyil. Çətin məsələləri həll etməyə çalışın. Kimsədən kömək
gözləməyin, kimsəyə bel bağlamayın. İşgüzar müzakirələr və
danışıqlar pis keçməyəcək.
Əqrəb - ambisioz planlarınızdan birini həyata keçirməyə can atın.
Axşam saatlarına yaxın qəfil hədiyyə, romantik sürprizlər olacaq.
Əks cins mənsubları ilə təmaslarda həssas və qayğıkeş olun. Laqeyd
davranmayın.
Oxatan - günün ilk yarısında bütün işlər asan olmayacaq. Kiçik
çətinliklər və problemlərlə qarşılaşanda geri çəkilməyin. Dürüst
davranın. Qətiyyətli və iradəli olsanız, yaxşı nəticələrə nail ola
bilərsiniz. Məhz bu məziyyətləriniz sizə peşəkar fəaliyyət
müstəvisində irəliləyişə təkan verəcək insanların diqqətini cəlb
edə bilər.
Oğlaq - peşəkar mövqelərinizi möşkəmləndirin. Bədxahlarınızı
zərərsizləşdirin. Çox nüfuzlu düşmənin məkrli planlarının qarşısını
alın. Gəlirlər, uğurlu sövdələşmələr istisna deyil. Axşam saatları
şəxsi münasibətlər baxımından münasibdir. İntuisiyanız kəskin
olmalıdır. Yaxınlarınız sizi anlayacaqlar.
Dolça - peşəkar mövqelərinizi möşkəmləndirin. Bədxahlarınızı
zərərsizləşdirin. Çox nüfuzlu düşmənin məkrli planlarının qarşısını
alın. Dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində
olacaqsınız.
Balıqlar - günün ilk yarısı sakit olacaq. Bir qədər əvvəl
başladığınız işi başa vurun. Fəaliyyət müstəvisində qayda yaradın,
nizamı bərpa edin. Ötən həftədə əməkdaşlıq və ya tərəfdaşlıqla
bağlı əldə etdiyiniz razılaşmanı yaddan çıxarmayın.