Ulduz falı – Hər addımınızı planlaşdırın
Qoç - yeni görüşlər və tanışlıqlar olacaq. Təmaslara səbatlı
formada hazırlaşın. Sevdiyiniz insanla səmimi olun. Münasibətlərdə
müsbət dəyişikliklərə nail ola bilərsiniz. Qarşılıqlı anlaşmaya
mane olan sədləri aradan qaldırın.
Buğa - hər addımınızı planlaşdırın. Düşünüb-daşınmadan qərar
verməyin. Çətin məsələlərin həllində diqqətli davranın. İşgüzar
danışıqlarda mövqelərinizdən geri çəkilməyin. Qarşı tərəfin
fikirlərini öyrənməyə can atın.
Əkizlər - köhnə dostlar sizə yardım edəcəklər. Günün ikinci
yarısında yeni tanışlarla sayıq olun. Onlar sizə şirin vədlər
verəcəklər. Öhdəliklərə inanmayın. Həmkarlar və işgüzar
tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Əks təqdirdə peşəkar
fəaliyyət müstəvisində problemlər yarana bilər. Axşam saatları pis
deyil.
Xərçəng - mühüm işlərlə məşğul olmaq mümkündür. Uğur əldə etmək
şanslarınız az deyil. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri
azalacaq. Yaranacaq problemlərin öhdəsindən təkbaşına gəlməyiniz
həddən artıq müşkül məsələyə çevriləcək.
Şir - karyera müstəvisində irəliləyə bilərsiniz. Enerjili, aktiv
olun. Hadisələrin axarını sürətləndirmək üçün hiyləgərlik etmək
gərəkdir. Axşam saatlarına yaxın səhhətinizdə problemlər yarana
bilər. Qidalanmanıza fikir verin. Mədənizdə ifrat həssaslıq
var.
Qız - günün ilk yarısı ünsiyyət üçün əlverişlidir. İndiyədək
münasibətlərinizin çox sərin və gərgin olduğu insanlarla da
münasibətlərinizi qaydaya sala bilərsiniz. İşlə bağlı önəmli xəbər
alacaqsınız. Maliyyə problemlərinizi həll etmək şansları
yaranır.
Tərəzi - mühüm və məsuliyyətli fəaliyyət üçün əlverişlidir. Səfərə
yollanmaq, mürəkkəb texnika ilə davranmaq niyyətiniz varsa, sərvaxt
davranın. Axşam saatlarına yaxın travma riski artacaq.
Əqrəb - əvvəllər əldə etdiyiniz təcrübə və biliklərdən faydalana
bilərsiniz. Ötənlərdəki hadisələrdən birinin əks-sədasını
duyacaqsınız. Səhvlərinizi təkrarlamayın, köhnə yanlışlıqlara
yenidən aldanmayın. Fikri cəmləmək, diqqətli olmaq asan deyil.
Oxatan - məqsədə çatmaq üçün işlənmiş metodlardan da yararlanmaq
olar. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Enerjili olun.
Yorğunluq hiss etməyəcəksiniz. Axşam saatları aktiv istirahət və
açıq havada gəzinti üçün münasib zamandır.
Oğlaq - ünün ilk yarısında qətiyyətli davranmasanız, uğursuzluqlara
düçar olacaqsınız. Düşünüb-daşınmaq üçün vaxt tapın. İntuisiyanız
iti olacaq. Onun məsləhətlərinə inanmaq olar. İşlərinizdə
irəliləmək üçün liderlik məziyyətlərinizi nümayiş etdirin. Yaxın
ətrafınızdakı insanları arxanızca aparın.
Dolça - riskli məşğuliyyət üçün deyil. Ekstremal macəralar
aramayın. Yaxınlarınızdan birinin dəstəyi indi xüsusi əhəmiyyət
kəsb edir. Əgər bu şəxsə problemlərinizdən danışsanız, sizi narahat
edən məsələlərdən açıq bəhs etsəniz, yardımı mütləq alacaqsınız.
Sizi çoxdan bəri narahat edən məsələni çözmək imkanları
yaranıb.
Balıqlar - günün ilk yarısı o qədər asan və xoş deyil. Yarımçıq
işləri başa vurun, yeni səhvlərə yol verməyin. Emosional olmayın.
Radikal qərarlar üçün əlverişli zaman deyil. Avantüralara meylli
olmayın, təhlükəli işlərə qatılmayın.