Günün ulduz falı: sizə xoş xəbər gələ bilər
29 oktyabr tarixinə olan ulduz falı. Bu gün bürclər nələr vəd edir.
Qoç - uğur istisna deyil. Fəqət qələbənin asanlıqla əldə
olunacağını düşünməyin. Təkbaşına, sakit şəkildə fəaliyyət
göstərin. Öz işlərinizi görməklə yanaşı, yaxınlarınızın
öhdəliklərinin bəzilərinin yerinə yetirilməsində onlara yardım
edin.
Buğa - daha aktiv olun, qətiyyətlə davranın. Axşam saatlarındakı
görüşə yaxşı hazırlaşın. İmprovizələrə belə bağlamayın. Qarşı
tərəfdə özünüzlə bağlı normal təəssürat yaratmaq istəyirsinizsə,
xarici görünüşünüz qüsursuz olmalıdır.
Əkizlər - qarışıq, təlatümlüdür. Narahatlıq və təlaş olacaq.
Mübahisəli, qarışıq məsələləri məntiqli şəkildə həll edin. Uğura
bel bağlamayın, fatalist olmayın. Dürüst qərarlar qəbul edərək
planlarınızı həyata keçirin. Kimsə ilə məsləhətləşməyin. Vaxtınızı
boş söhbətlərə sərf etməyin.
Xərçəng - maliyyə məsələlərində ifrat dərəcədə diqqətli olun. Böyük
məbləğin itirilməsi riski var. Şəxsi münasibətlər üçün əlverişli
zamandır. Romantik təmaslar harmonik olacaq.
Şir - mühüm və ciddi heç bir hadisə olmayacaq. Ağır situasiyadır.
Yaşananlara olduğundan kəskin reaksiya verməyin. Gücünüzü və
vaxtınızı yel dəyirmanları ilə mübarizəyə həsr etməyin. Real,
gerçəklən də, mühüm olan məqsədlərə çatmağa can atın.
Qız - yaşlı qohumların və təcrübəli dostların məsləhətlərində fayda
var. Başqalarının səhvlərindən nəticə çıxarmağı bacarın. Sevdiyiniz
insanla xoşagəlməz söhbət ola bilər. Amma istənilən halda
qarşılıqlı anlaşmaya nail olacaqsınız.
Tərəzi - qətiyyətli, iradəli olun. Uğura doğru irəliləyişiniz
əhvalınızdan asılıdır. Çox güclü düşmələrlə mübarizə aparmalı
olacaqsınız. Onlar sizi zəif saydıqları üçün uduzacaqlar. İşdə
rəhbərlik və ya karyeranıza hər hansı formada təsir edə biləcək
insanlarla önəmli söhbətlər üçün günün ikinci yarısı
əlverişlidir.
Əqrəb - normal istirahət edə bilməyəcəksiniz. Sizə ehtiyac duyan
insanlar var. Şübhəli insanların çoxsaylı təriflərinə, yaltaqların
dediklərinə inanmayın.
Oxatan - hər addımınız səlis və düşünülmüş olmalıdır. Bütün
çətinliklərə rəğmən qarşınıza qoyduğunuz məqsədlərə çata
bilərsiniz.
Oğlaq - maksimal dərəcədə effektiv istifadə edin. Önəmli
irəliləyişə nail ola bilərsiniz. Saatlar keçdikcə daha ehtiyatlı
olun. Rəqib və bədxahların sayı artacaq, onlar daha məkrli
olacaqlar.
Dolça - yaxınlarınız sizdən diqqət tələb edəcəklər. Onlarla
münasibətləri sərinləşdirməyin. Yardıma ehtiyacı olan insana kömək
edin. Mükafat və ya minnətdarlıq gözləməyin.
Balıqlar - sakit və məhsuldar zamandır. Xüsusi maraq kəsb edən işlə
məşğul olaraq onu məntiqli şəkildə başa vurun. Faydalı tanışlıqlar
əldə etmək, təcrübəli insanlarla bir araya gəlmək şansları var.
Eksperimentlərdən, risklərdən qorxmayın. Yeni metodları sınaqdan
keçirin. Bu minvalla yaxşı nəticələr əldə edə bilərsiniz.